Dünya

Anasının tanışı beş yaşlı qızı meşəyə apardı, "burada gözlə" deyib yoxa çıxdı

4 İyul 2022 22:06
0 Şərh     Baxış: 1 438
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada Primoryenin Yakovlevski rayonunda beş yaşlı qızın itkin düşməsində iştirak edən şəxs onu meşəyə aparıb və ona gözləməsini tapşırıb.

Milli.Az bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsinin nümayəndəsi məlumat verib.

"Müəyyən edilib ki, anasının evinə qonaq gələn 49 yaşlı kişi iyulun 2-də qızı meşəyə aparıb və ona gözləməsini deyərək orada qoyub. Qız yuxuya gedib və oyananda meşədə gəzməyə başlayıb. O, birgə əməliyyat-axtarış tədbirləri nəticəsində tapılıb", - deyə Komitədən bildirilib.

Bütün polis qruplarına uşaq və kişinin təsvirləri göndərilib, axtarış qrupları və könüllülər itkinləri axtarıb. İyulun 3-də qız meşədə tapılıb, kişini isə hələ də axtarırlar. Uşağın bədənində heç bir zorakılıq əlaməti olmayıb.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.