Dünya

Hindistanda bəzi plastik məhsullar qadağan edilir - FOTO

2 İyul 2022 22:06
0 Şərh     Baxış: 464
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hindistanda stəkanlar da daxil olmaqla birdəfəlik plastik məhsulların 19 kateqoriyası qadağan edilib.

Bu tədbir hökumətin plastikdən imtina planında ilk addımdır. Siyahıya daxil edilmiş əşyaların istehsalına, idxalına, saxlanmasına və paylanmasına icazə verilmir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, plastik məmulat istehsalçıları yüksək inflyasiya şəraitində iş yerlərinin itirilməsinin qarşısını almaq üçün səlahiyyətlilərdən qadağanı təxirə salmağı xahiş etsələr də, hökumət bundan imtina edib.

Rəsmi məlumatlara görə, 2020-ci ildə ölkədə 4,1 milyon ton plastik tullantı istehsal edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.