Dünya

“WikiLeaks”in qurucusunu 175 il həbs cəzası gözləyir

2 İyul 2022 13:30
0 Şərh     Baxış: 629
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"WikiLeaks"in qurucusu Culian Assanc onun ABŞ-a ekstradisiyası qərarından apellyasiya şikayəti verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə onun vəkili məlumat verib.

Qeyd olunur ki, Assanc bundan əvvəl Britaniya məhkəməsinə iki apellyasiya şikayəti verib, indi onun şikayətinə baxılıb-baxılmaması barədə qərar veriləcək.

İyunun ortalarında Böyük Britaniyanın daxili işlər naziri Priti Patel Assancın ABŞ-a ekstradisiyasına dair qərar verib ki, burada o, casusluq və məxfi məlumatların açıqlanması ilə bağlı cinayətlərdə ittiham olunur. Assancı 175 il həbs cəzası gözləyir.

Bundan əvvəl Avropa Şurasının İnsan haqları üzrə Komissarı Dunya Miyatoviç isə "WikiLeaks"in yaradıcısını ABŞ-a ekstradisiya etməməyə çağırıb. O qeyd edib ki, Assancın ekstradisiyasına icazə verilməsi media azadlığına təsir göstərəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.