Dünya

Etirazçılar Ekvador hakimiyyəti ilə razılığa gəliblər

1 İyul 2022 09:37
0 Şərh     Baxış: 432
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ekvadorda iki həftədir davam edən hökumət əleyhinə etirazların aparıcı qüvvəsi kimi çıxış edən Yerli Xalqların Milli Konfederasiyasının (CONAIE) nümayəndələri və ölkə rəhbərliyi böhranın həlli ilə bağlı bir sıra məqamlarda razılığa gəliblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə öz "Twitter" səhifəsində CONAIE bildirib.

Məlumata əsasən, etiraz aksiyalarını dayandırmaq qərarı verilib.

Ən azı 6 nəfərin ölümü, onlarla insanın yaralanması ilə nəticələnən etirazçıların əsas tələbləri artan cinayətlər fonunda yanacağın qiymətinin aşağı salınması və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.