Dünya

ABŞ lideri: "Türkiyə ilə F-16 qırıcıları məsələsini həll etməliyik"

30 İyun 2022 17:35
0 Şərh     Baxış: 770
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Türkiyə ilə F-16 qırıcılarının modernləşdirilməsi məsələsini həll etməliyik. Bunu etməmək bizim marağımızda deyil. Bu mövzuda dekabrdan bəri mövqeyimi dəyişməmişəm".

Milli.Az "Report"a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden NATO-nun Madrid sammitinin yekunlarına dair mətbuat konfransında deyib.

"Bunu etmək üçün Konqresin təsdiqinə ehtiyacımız var. Bu təsdiqi də alacağımızı düşünürəm", - dövlət başçısı qeyd edib.

Xatırladaq ki, NATO sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və amerikalı həmkarı Cozef Baydena arasında görüş olub. Danışıqlar zamanı ABŞ liderinin həmkarına F-16 ilə bağlı sazişin Konqresdən keçməsi üçün müəyyən səylər göstərəcəyinə söz verib. Söhbət 40 yeni "F-16 Block 70" qırıcısından və Türkiyənin mövcud təyyarələrinin təkmilləşdirilməsi üçün 80-ə yaxın komplektdən gedir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.