Dünya

101 yaşlı nəzarətçinin məhkəməsi oldu

28 İyun 2022 08:53
0 Şərh     Baxış: 964
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniyanın Berlin şəhərində 101 yaşlı Jozef Şutzun növbəti məhkəmə prosesi keçirilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, faşist əsir düşərgəsinin keçmiş nəzatərçisi 1942-1945-ci illərdə 3518 dustağın ölümündə iştirak etməkdə ittiham olunur. Prokurorluq onun 5 il azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəməyə əlil arabasında gətirilən şəxs ittihamları rədd edərək faşist Almaniyasının ordusu və polisi ilə əlaqələri barədə deyilənləri yalan adlandırıb.

Təqsirləndirilən şəxsin vəkili bildirib ki, Almaniya tarixinin ən yaşlı müttəhimi ilə bağlı bütün proseslər dayandırılmalıdır. Müstəntiqlər 1973-cü ildən indiyədək onunla bağlı heç bir sübut tapa bilməyiblər. Müharibənin şahidləri artıq həyatda deyil, sağ qalanlar da danışmaq qabiliyyətini itirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.