Dünya

"ABŞ banan respublikasına çevrilir" - Prezidentliyinə keçmiş namizəd

27 İyun 2022 10:40
Baxış: 790
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerika hakimiyyətinin hazırkı davranışı diktatura rejiminə malik banan respublikalarına daha uyğundur.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ prezidentliyinə keçmiş namizəd Tulsi Qabbard deyib.

Onun fikrincə, Amerika hüquq-mühafizə sistemi getdikcə daha çox siyasiləşir və faktiki olaraq hakimiyyət tərəfindən opponentlərlə mübarizə aparmaq üçün silah kimi istifadə olunur:

"Bu cür epizodlar qanunun aliliyinə xələl gətirir və hakimiyyətin uzaqgörənliliyinin olmamasında xəbər verir. Hakimiyyət nəyin bahasına olursa-olsun iqtidarda qalmaq istəyir. Məncə, bu, diktaturalarda, banan respublikalarında müşahidə oluna bilən mənzərədir. Biz bunun qarşısını almalıyıq".

O, indiki rəhbərliyə konstitusiyanı pozmamağın vacibliyini xatırladıb:

"Düzünü desəm, bəzi demokratlardan daha təhlükəli bir ifadə eşitdim. Onlar düşünürlər ki, Amerikanı xilas etmək naminə hər şeyi etməlidirlər. Və bu, təhlükəli düşüncə tərzidir. Bu mövqe diktaturanın əlamətidir. Bu cür fikirlərə malik siyasətçilər Amerika demokratiyasına zərbə vurur və ölkəni məhv edirlər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.