Dünya

Dayandığı yerdə torpağın altında qaz borusu partladı - VİDEO

25 İyun 2022 18:00
0 Şərh     Baxış: 823
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərədə Derbişir qraflığında qəribə hadisənin görüntüləri qeydə alınıb. Belə ki, hasarının təmiri ilə məşğul olan kişinin dayandığı yerdə torpağın altında qaz borusu partlayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, kadrlarda partlayış nəticəsində kişinin yerə yıxıldığı, sonra cəld yerindən durub qaçdığı görünür.

Sonradan məlum olub ki, həmin ərazidə qaz sızıntısı olub və hasarın təmiri zamanı qığılcım partlayışla nəticələnib. Ərazidən 30 sakin təxliyyə edilib.

Kişinin yüngül xəsarət aldığı bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.