Dünya

Bu ölkədə Rusiya aktivlərinin müsadirəsi təsdiqləndi

24 İyun 2022 21:59
0 Şərh     Baxış: 575
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kanada Senatı baş nazir Castin Trüdonun təklif etdiyi Rusiya aktivlərinin müsadirə edilməsi imkanını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, məlumata görə, layihə xarici vətəndaşların mənzil almasına iki illik qadağa qoyulması, eləcə də Rusiyanın Ukraynaya təcavüzünə görə məsuliyyət daşıyanların aktivlərinin müsadirə edilməsi və satılmasını nəzərdə tutur.

Həmçinin bildirilir ki, 450 səhifəlik sənəd parlamentin yuxarı palatasından keçdikdən sonra kralın rəsmi razılığından sonra qanuna çevriləcək.

Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Yermak artıq bu xəbərə münasibət bildirib. Onun sözlərinə görə, yeni qanun sayəsində Kanada öz ərazisində dondurulmuş Rusiya aktivlərini müsadirə edərək Ukraynaya ötürə biləcək və bu, müharibə başlayandan sonra ilk belə presedent olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.