Dünya

Sarkisyanın oğlu Rusiyada “McDonald's”ı almaq istəyib

24 İyun 2022 07:14
0 Şərh     Baxış: 997
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanın dördüncü prezidenti Armen Sarkisyanın oğlu Rusiyadakı "McDonald's" restoranlar şəbəkəsini almaq istəyənlər arasında olub. 

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə "Forbes" öz mənbələrinə istinadən məlumat yayıb. Rusiyada iyunun 12-də rebrendinqdən sonra "McDonald's" fast food restoranlarının "Vkusno i Toçka" adlı şəbəkəsi açılıb. Sibirdə 25 "McDonald's" restoranını idarə edən "Yujkuzbassuqol" şirkətinin keçmiş ortağı Aleksandr Qovor restoranlar şəbəkəsinin yeni sahibi olub.

Altı iddiaçıdan biri Ermənistanın eks-prezidenti Armen Sarkisyanın oğlu olub. Armen Sarkisyanın iki oğlundan - Vardan və Haykdan hansının müraciət edənlər arasında olduğu məlum deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.