Almaniya Ukraynaya 1 milyard avro qrant ayıracaq.
Milli.Az "report"a istinadən bildirir ki, bu barədə Nazirlər Kabinetinin Ali Radadakı nümayəndəsi Taras Melniçuk teleqramda məlumat yayıb.
"Bugünkü iclasda Almaniyadan büdcə dəstəyi üçün 1 milyard avro məbləğində qrantın cəlb edilməsi təsdiq edilib", - o qeyd edib.
Vəsaitlər Ukrayna iqtisadiyyatını sabitləşdirmək məqsədilə büdcə ehtiyaclarını ödəmək üçün istifadə olunacaq.
Milli.Az