Dünya

Bu ölkədə prezident özünü nazir TƏYİN ETDİ

21 İyun 2022 21:47
0 Şərh     Baxış: 733
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Filippinin yeni seçilən Prezidenti Ferdinand Markos qiymətlərin artması fonunda özünü həm də ölkənin kənd təsərrüfatı naziri təyin edib.

F.Markos bildirib ki, ölkə daxilində qiymətlər xarici amillərlə əlaqədar, o cümlədən Ukraynada baş verən müharibə nəticəsində qlobal tədarük zəncirində yaranan problemlərlə bağlı artmaqda davam edir. Problemin həllinin vacibliyini qeyd edən F.Markos, bunun üçün ilk növbədə ərzaq məhsullarının istehsalının artırılmasının zəruriliyini bildirib.

Qeyd edək ki, seçkiöncəsi kampaniya zamanı F.Markos düyünün qiymətini azı iki dəfə azaldacağını vəd etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.