Dünya

"Münaqişə tərəfləri Donetsk vilayətində hərbi əməliyyatları intensivləşdiriblər"

20 İyun 2022 22:03
0 Şərh     Baxış: 655
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

BMT tərəfdaşları ilə birlikdə humanitar vəziyyətin pisləşməsi ilə bağlı xəbərlərlə əlaqədar Ukraynada mövcudluğunu artırmağa hazırdır.

Milli.Az "report"a istinadən xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Düjarrik mətbuat konfransında bildirib.

"Münaqişə tərəfləri Donetsk vilayətində hərbi əməliyyatları intensivləşdiriblər. Nəticədə onlarla mülki şəxs, o cümlədən əvvəllər hərbi əməliyyatların təsirinə məruz qalmamış ərazilərdə həlak olub və yaralanıb. Oxşar vəziyyət Luqansk vilayətində də yaranıb, burada artilleriya atəşi, hava hücumları və hərbi əməliyyatlar həyata keçirilib. Daxil olan məlumatlara görə, döyüşlər Severodonetsk, Lisiçansk və digər ərazilərdə olan mülki əhalinin həyatını çox çətinləşdirib", - deyə, o bildirib.

Onun sözlərinə görə, münaqişə tərəflərinin mülki vətəndaşları və mülki infrastrukturu qorumaq öhdəliyi var: "Biz onları onsuz da böyük sıxıntı içində olan mülki vətəndaşların qayğısına qalmağa və yardım ala bilmələrini təmin etməyə çağırırıq. Biz humanitar tərəfdaşlarımızla birlikdə mövcudluğumuzu daha da genişləndirməyə hazırıq, lakin tərəflər də üzərinə düşəni etməlidir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.