Dünya

Dünyanın ən varlı şəxslərindən biri boşanır

19 İyun 2022 12:22
0 Şərh     Baxış: 933
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Google"un həmtəsisçisi və dünyanın altıncı ən varlı adamı Sergey Brin həyat yoldaşı Nikol Şanahandan boşanır.

Milli.Az oxu.az-a istinadən bildirir ki, 94 milyard dollar sərvəti olan 48 yaşlı iş adamı hələ yanvarın əvvəlində məhkəməyə boşanmaq üçün ərizə verib.

Boşanmanın səbəbi "barışmaz fikir ayrılıqları" olub.

Məlumata əsasən, tərəflərin mülkiyyət hüquqları və ya öhdəlikləri ilə bağlı bütün məsələlər onlar arasında yazılı razılığa əsasən məxfi arbitraj tərəfindən həll ediləcək.

İddialara görə, Brin ərizəsində iki yaşlı qızı üzərində birgə qəyyumluq hüququ tələb edib.

Qeyd edək ki, Brin əvvəllər 2007-2015-ci illərdə Anna Voyjitskaya ilə evli olub. Onların 13 yaşlı Benji adlı oğlu və 11 yaşlı Qloya adlı qızı var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.