Dünya

Pentaqon: ABŞ Ukraynaya daha çox raket sistemi göndərəcək

15 İyun 2022 08:09
0 Şərh     Baxış: 721
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ hökuməti Ukraynaya əlavə çoxlu raket qurğuları göndərəcək.

Milli.Az "report"a istinadən xəbər verir ki, bunu Pentaqon rəhbərinin müavini Kolin Koul bildirib.

"Biz ukraynalıları Ukrayna ərazisində öz məqsədlərinə çatmaq üçün lazım olan hər şeyi təmin edəcəyik", - Koul deyib.

Məlumata görə, Ukrayna rəsmiləri onlara azı 60 reaktiv yaylım atəşi sistemi lazım olduğu barədə müraciət edib.

Bundan əvvəl ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Culian Smit deyib ki, sözügedən məsələ Brüsseldə 50-yə yaxın ölkənin iştirakı ilə Ukraynaya silah tədarükü üzrə təmas qrupunun üçüncü iclasında müzakirəyə çıxaracaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.