Dünya

Çin ordusu “xüsusi əməliyyat”a hazırlaşır – Cinpin planı təsdiqlədi

14 İyun 2022 22:37
0 Şərh     Baxış: 1 176
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çin hakimiyyəti adanın ərazisini ələ keçirmək üçün Tayvanda "qeyri-hərbi" xüsusi əməliyyat keçirməyə hazırlaşır.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bir sıra siyasətçilər və ekspertlər radioya Çin lideri Si Cinpinin iyunun 13-də imzaladığı direktivdən narahat olduqlarını bildiriblər. Həmin sənədə əsasən, Çin ordusu "təhdidlərin qarşısını almaq", "sülhü qorumaq" və "suverenliyi mühafizə etmək" üçün xüsusi əməliyyatlar keçirə bilər.

Çinin "Global Times" qəzeti isə söhbətin müharibələrdən yox, digər əməliyyatlardan getdiyini iddia edib. Direktivin tənqidçiləri hesab edirlər ki, bununla Pekin özünü Tayvanı işğal etmək üçün hüquqi əsasla təmin edir.

Çin Müdafiə Nazirliyinin sözçüsü Vu Syan deyib ki, əgər kimsə Tayvanı Çindən ayırmağa cəhd edərsə, Pekin hərbi əməliyyata hazırdır. Müvafiq bəyanat ABŞ-ın Çinin mümkün işğalı narahatlığı ilə əlaqədar Tayvana göstərilən hərbi yardımın həcmini artıracağını açıqladıqdan sonra verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.