Dünya

Ermənistanda müxalifət küçələri tərk edir

14 İyun 2022 13:00
0 Şərh     Baxış: 1 181
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Hraparak" qəzeti yazır ki, erməni müxalifətçi, "Müqavimət Hərəkatı"nın lideri İşxan Saqatelyan iki aydır davam edən etiraz aksiyalarına yekun vuracaq və bəyanatla çıxış edəcək.

Milli.Az bildirir ki, müxalifət lideri növbəti addımları da bu gün açıqlayacaq. Nəşr qeyd edir ki, etirazçılar bir həftəlik fasilə verəcək, həmçinin əsasən aksiyalarını keçirdikləri Fransa meydanından çadırları yığışdıracaqlar.

Qəzetin yazdığına görə, Saqatelyan parlamentdə hazırkı hakimiyyətə qarşı mübarizəni davam etdirməyi planlaşdırır.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.