Dünya

İtaliyada tətil səbəbindən 360 aviareys təxirə salınıb

9 İyun 2022 08:34
0 Şərh     Baxış: 420
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliyada "Ryanair", "EasyJet" və "Volotea" kimi aşağı büdcəli aviaşirkətlərin əməkdaşları, eləcə də dispetçerlərin tətili səbəbindən 360-a yaxın reys ləğv edilib.

Milli.Az "Report"a istinadən bildirir ki, aviadaşıyıcıların və dispetçerlərin tətili dörd saat davam edib.

Aksiyanı təşkil edən həmkarlar ittifaqları iş şəraitinə, müqavilədə nəzərdə tutulmuş minimum əməkhaqqına əməl edilməməsinə, əmək haqlarının özbaşına azaldılmasına narazılıq edirlər.

Reyslərin təxirə salınması ən çox Berqamo və Milan hava limanlarında baş verir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.