Dünya

Lisiçansk artilleriyadan atəşə tutulub, ölən var - FOTO

8 İyun 2022 11:10
0 Şərh     Baxış: 615
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lisiçanskda düşmənin atəşə tutması nəticəsində bir nəfər həlak olub.

Milli.Az bildirir ki, bu barədə Luqansk vilayət hərbi administrasiyasının sədri Sergey Qayday Telegram-da məlumat verib.

"Məhz Lisiçanskın mərkəzi küçələrindən birində dünən artilleriya atəşi nəticəsində yerli sakin həlak olub. Şəhərdə yaralanan qadın dərhal Çernovtsı xəstəxanasına yerləşdirilib", - o deyib.

Qayday həmçinin qeyd edib ki, şəhərdə bir neçə hündürmərtəbəli bina zərər görüb.

"Lakin ən çox dağıntı Vrubovka və Zolotoyedə qeydə alınıb. Orada 25 evə ziyan dəyib. Ruslar Zolotoye-4 və Vrubovkanı minaatanlardan, top artilleriyasından və çoxsaylı reaktiv yaylım atəşi sistemlərindən atəşə tutublar", - o yazıb.

Qayday həmçinin qeyd edib ki, düşmən bölgədəki səhiyyə müəssisələrini dağıtmaqda davam edir.

"Çoxsahəli xəstəxananın sonuncu dəfə atəşə tutulması 240 millimetrlik artilleriyadan həyata keçirilib. Ötən gün isə ruslar yerli təcili tibbi yardım stansiyasının binasını dağıdıblar", - deyə rayon rəhbəri əlavə edib.

Aslan Məmmədov
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.