Dünya

Zənginlik naminə 11 yaşlı qızını qurban kəsmək istədi - VİDEO - FOTO

8 İyun 2022 15:00
1 Şərh     Baxış: 2 185
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Zəngin olmaq istəyən kişi bunun üçün qızını qurban vermək istəyib. Qorxunc hadisə Qananın Böyük Akkra bölgəsində qeydə alınıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, xoşbəxtlikdən, adam niyyətini həyata keçirməmiş saxlanılıb.

Məlumata görə, 42 yaşlı Evans Oppong "pul ritualı" yerinə yetirmək qərarına gəlib. Bu məqsədlə o, qızını yerli din xadiminə verib və qurban etməsini istəyib.

Din xadimi isə hadisə barədə polisə məlumat verib. Bundan sonra Oppong həbs edilib.

Hüquq-mühafizə orqanları atasının əlindən xilas edilən qızın 11 yaşında olduğunu bildirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.