Dünya

Polis yolda gedən qadınların ayaqqabısını oğurlayan şəxsi axtarır

7 İyun 2022 12:00
0 Şərh     Baxış: 1 004
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın Nyu-York şəhərində qəribə oğru peyda olub. O, küçədə gəzən qadınların ayaqqabılarını oğurlayaraq qaçır. Polis son vaxtlar şəhərdə baş verən bu qəribə oğurluq hadisələri ilə bağlı hərəkətə keçib.  

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, səlahiyyətlilər ən azı üç qadının ayaqqabılarını oğurlayıb qaçan oğrunun izinə düşüb. Keçən yanvar ayında ilk ayaqqabı oğurluğu xəbərindən sonra ümumilikdə daha 3 oğurluq hadisəsi baş verib. Şübhəlinin qadınları bir müddət izlədikdən sonra ayaqlarından ayaqqabıları çıxararaq oğurladığı iddia edilir.

Polisə müraciət edən zərərçəkmiş qadın şübhəlinin onun 40 dollarlıq ayaqqabısını zorla oğurladığını bildirib. Şübhəlini tanımadığını deyən qadın bir müddət oğrunun onu izlədiyini qeyd edib.

Polis şübhəlinin qadının ayaqqabılarını oğurladıqdan sonra metro stansiyasına girdiyini, turniketlərdən tullanaraq qatara minib qaçdığını müəyyən edib. Hadisə ilə bağlı araşdırma davam edir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.