Dünya

Qəbiristanlıqda işləyən maskalı və dəryazlı kişi yerli sakinləri qorxutdu - FOTO

7 İyun 2022 17:15
0 Şərh     Baxış: 1 333
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Kaluqa vilayətində qəribə görünüşlü sirli kişi barədə görüntülər yayılıb. Məlumata görə, qorxunc maskada və əlində dəryaz olan kişi qəbiristanlıqda işləyir və pul müqabilində məzarları alaq otlarından təmizləyir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə kişinin bu vəziyyətdə məzarlıqda işləməsi birmənalı qarşılanmayıb. Bəziləri bunun qorxunc olduğunu düşünür, digərləri isə kişinin bu geyiminin işlədiyi məkana uyğun gəldiyini deyirlər.

Yerli sakinlərdən bəziləri isə kişinin qəza nəticəsində üzündə problemlər yarandığı üçün gündəlik həyatda da maska ilə gəzdiyini yazıblar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.