Dünya

Bloomberg: Ukrayna taxılı Odessadan Türkiyə vasitəsilə tədarük olunacaq

6 İyun 2022 22:08
0 Şərh     Baxış: 1 062
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya və Türkiyə Ukrayna taxılının Odessadan Türkiyə vasitəsilə tədarükü ilə bağlı ilkin razılığa gəliblər.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Bildirilir ki, Ukrayna taxılın Belarus vasitəsilə tədarükü təsdiq etməyib.

"Lakin Kiyev təklif olunan sazişə şübhə ilə yanaşır", - deyə müzakirələrdən xəbərdar olan insanlar bildirib.

Rusiya və Türkiyənin BMT-nin iştirakı ilə planına əsasən, Odessa limanının akvatoriyasından minaları təmizləmək və Qara dənizdən Aralıq dənizinə taxıl daşıyan gəmilərin göndərilməsi üçün təhlükəsiz dəhliz yaradılmalıdır.

Xatırladaq ki, bu gün Rusiya və Türkiyənin Ukrayna taxılının ixracını təşkil etməsi ilə bağlı Rusiyanın xarici işlər naziri Sergey Lavrov onlayn mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, rusiyalı hərbi mütəxəssislər artıq bu gün Türkiyəyə yola düşürlər.

Türkiyə hərbçiləri Ukrayna limanlarını minalardan təmizlədikdən sonra Ukrayna taxılının dənizə ixracı üçün dəhliz təşkil olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.