Dünya

Qarətçilərdən qorxan gənc sevgilisini qoyub qaçdı - VİDEO

4 İyun 2022 15:00
0 Şərh     Baxış: 807
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sosial şəbəkələrdə gəzməyə çıxan cütlüyün qarət olunması ilə bağlı görüntülər virus kimi yayılıb. Kadrların bu qədər populyarlaşmasına səbəb isə gəncin təhlükə anında sevgilisini atıb qaçması olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Meksikada baş verib. Bununla bağlı yayılan videoda cütlüklərin əl-ələ söhbət edərək getdikləri görünür. Qəfil onların yanında bir motosikl dayanır. Bunu görən oğlan qızın əlini buraxaraq oradan qaçır. Kadrlarda qızın qarətçilərə müqavimət göstərmədən telefonunu verdiyi görünür.

Video sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İstifadəçilər "Belə sevgilisi olana düşmən lazım deyil" kimi şərhlərlə gənci kəskin tənqid ediblər. Ancaq oğlanın tərəfində də duranlar tapılıb. Onların fikrincə, gənc qarşıdurmaya girsəydi, nəticə faciəli ola bilərdi.

"Videoda oğlanın əvvəlcə instinktiv olaraq qaçdığı görünür. Ancaq o, geri qayıdıb qızı qorumağa cəhd etsəydi, hər şey pis qurtara bilərdi", - deyə istifadəçilərdən biri bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.