Dünya

Zelenski: Ukrayna artıq de-fakto Aİ-nin bir hissəsidir

2 İyun 2022 15:12
0 Şərh     Baxış: 823
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Prezident Vladimir Zelenski Lüksemburq parlamentindəki çıxışında Ukraynaya Aİ üzvlüyünə namizəd statusunun verilməsinə dəstək olacağına ümid etdiyini bildirib.

Milli.Az bu haqda UNİAN-a istinadən xəbər verir.

"Ukrayna artıq de-fakto Avropa İttifaqının bir hissəsinə çevrilib. Biz artıq həm ikitərəfli səviyyədə, həm də Aİ səviyyəsində tamhüquqlu üzvlüyə uyğun miqyasda əməkdaşlıq edirik. Bunu bir-birimizi müdafiə etməyimizdən yaxşı nə sübut edə bilər?", - Zelenski bildirib.

O, Lüksemburqun iyunda Ukraynaya Aİ üzvlüyünə rəsmi namizəd statusunun verilməsini, sonra isə Ukraynanın Avropa İttifaqına üzvlüyünü dəstəkləyəcəyinə əminliyini ifadə edib.

Zelenski Lüksemburqun baş nazirini gələcək əməkdaşlığı müzakirə etmək üçün Ukraynaya gəlməyə dəvət edib.

Xəbər verdiyimiz kimi, Aİ liderləri iyun iclasında Ukrayna, Gürcüstan və Moldovanın birliyə üzvlüklə bağlı müraciətlərinə baxılması barədə razılığa gəliblər.

Bununla belə, Aİ ölkələri arasında Ukraynaya namizəd statusunun verilməsi ilə bağlı yekdil fikir yoxdur.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.