Dünya

Film kimi olay - Penoplast üzərində dörd gün keçirən dənizçilər sağ qaldılar - VİDEO

2 İyun 2022 17:22
0 Şərh     Baxış: 938
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İndoneziyalı dənizçilər okeanda penoplast üzərində dörd gün keçirsələr də, sağ qalmağı bacarıblar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, dörd dənizçinin olduğu gəmi fırtına nəticəsində batıb.

Sağ qalmaq üçün onlar gəmidəki bir neçə penoplast qutunu bir-birinə bağlayaraq qayıq düzəldib, özləri ilə su və qida ehtiyatı götürüblər. Ertəsi gün İndoneziya Sahil Mühafizəsi gəminin təyinat yerinə çatmadığı üçün itkin düşdüyünü elan edib.

Yalnız dörd gün sonra dənizçilər xilasetmə əməliyyatında iştirak edən balıqçılar tərəfindən aşkar edilib.

Xilasedicilərin sözlərinə görə, dənizçliərdən heç biri ciddi xəsarət almayıb və onlar evə qayıtmağa hazırdırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.