İnsanlar yanan avtomobili söndürmək istəyərkən partlayış baş verib. Hadisə Rusiyanın Vıborq şəhərində qeydə alınıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə şahidlər tərəfindən qeydə alınıb.
Xoşbəxtlikdən, hadisə nəticəsində nə xilasedicilər, nə də çoxsaylı tamaşaçılar xəsarət alıblar. Ancaq yaxınlıqda olan maşına zərər dəyib; onun yük yeri yanıb.
Milli.Az