Dünya

Volodimir Zelenski daha bir azərbaycanlı hərbçini təltif edib

1 İyun 2022 10:15
1 Şərh     Baxış: 1 862
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Prezidenti Volodimir Zelenski ölkə Silahlı Qüvvələrinin əslən azərbaycanlı olan daha bir hərbçisini təltif edib.

Milli.Az "Report"a istinadən xəbər verir ki, dövlət başçısı bununla bağlı müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Ukrayna ordusunun hərbçisi Ruslan Xəlilov "Ukraynaya hərbi xidmətə görə" medalı ilə təltif edilib.

O, Zaporojye istiqamətində gedən döyüşlərdə yaralanmışdı.

Qeyd edək ki, əslən azərbaycanlı Ruslan Xəlilov Gürcüstanın Marneuli rayonunda doğulub. O, hələ 2015-ci ildə Donetsk və Luqansk istiqamətində separatçılara qarşı döyüşlərdə yaralanmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.