Dünya

“Yeni fazaya keçir, iyunun 13-dən 16-dək...” - Astroloqun müharibə proqnozu

1 İyun 2022 01:24
0 Şərh     Baxış: 3 578
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynalı astroloq Vlad Ross iyun ayı üçün Ukrayna ilə bağlı proqnozunu açıqlayıb.

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, astroloq müharibənin yeni mərhələyə qədəm qoyduğunu bildirib.

Ross qeyd edib ki, iyunda döyüşlər davam etsə də, bütün bürclər üçün az-çox sakit ay olacaq. O əlavə edib ki, bu ayda müharibə statik fazaya keçəcək.

"Heç kim heç kimin ərazisini əlindən almayacaq. Amma daha çox raket uçacaq. Əsas odur ki, bu, bombardmana çevrilməsin", - astroloq deyib.

Ross əlavə edib ki, Ukraynada ən şiddətli döyüşlər iyunun 13-dən 16-dək və 27-dən 29-a kimi baş verə bilər. Onun sözlərinə görə, bu zaman Rusiya və Ukrayna arasında düşmənçilik daha da güclənəcək.

Xatırladaq ki, Ross bundan əvvəl Rusiyanın 2024-2025-ci illərdə parçalanacağını iddia edib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.