Gecə saatlarında ruslar Slavyanska raket hücumu həyata keçirib, nəticədə azı 3 nəfər ölüb, 6 nəfər yaralanıb.
Milli.Az Ukrayna mətbuatına istinadən bildirir ki, bu haqda Donetsk Hərbi Administrasiyasının rəhbəri Pavel Kirilenko məlumat verib.
Bir məktəb və ən azı yeddi hündürmərtəbəli bina zədələnib.
Hazırda xilasetmə işləri aparılır.
Zərərçəkənlərin dəqiq sayı barədə işlər tamamlandıqdan sonra danışmaq mümkün olacaq.
Aslan Məmmədov
Milli.Az