Dünya

Məşhur teleaparıcının evinə raket düşdü - ÖLƏN VAR

30 May 2022 19:22
0 Şərh     Baxış: 1 281
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynalı teleaparıcı Lidiya Taranın Kiyevdəki evinə Rusiya hərbçiləri tərəfindən atılan raket düşüb və bir nəfəri öldürüb. 

Milli.Az xəbər verir ki, bu barədə özü "United News" telemarafonunun efirində məlumat verib.

O bildirib ki, bu səbəbdən evə qayıtmağa qorxur, ona görə də hələlik qızı ilə birlikdə Fransada qalacaq.

"Təhlükəsizlik ən vacib şeydir. İnsanlar bunun təhlükəsiz olduğunu hiss etməyincə, geri qayıtmağa dəyməz. Evimdə bir adam raketlə öldürüldü. Evimdə bu mənim üçün təhlükəlidir. Uşağımı və özümü orada görmürəm. Hələ evə qayıtmıram", - deyə o bildirib. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.