Dünya

Rusiya Donbasda 46 yaşayış məntəqəsini atəşə tutub, ölənlər və yaralananlar var

29 May 2022 22:32
Baxış: 1 046
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya qoşunları Luqansk və Donetsk vilayətlərində 46 yaşayış məntəqəsini atəşə tutublar.

Milli.Az bildirir ki, "report" bu barədə Ukrayna mətbuatına istinadən xəbər verir.

Atışma nəticəsində azı 4 mülki şəxs həlak olub, 9 nəfər yaralanıb.

Ümumilikdə 89 mülki obyektə ziyan dəyib, bunlar 85 yaşayış binası, xüsusi internat məktəbi, kinoteatr, zavod, avtobazadır.

Ukrayna xilasediciləri 1 500-ə yaxın insanı döyüş bölgələrindən təxliyə ediblər.

Qeyd edilir ki, Donetsk istiqaməti cəbhənin ən qaynar nöqtəsi olaraq qalır. Rusiya hərbi rəhbərliyi bu mərhələdə əsas vəzifəsini bütün Luqansk vilayətinin ərazisini ələ keçirməyə yönəldib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.