Dünya

Ukraynada müharibədə ölən uşaqların sayı 241-ə çatıb

27 May 2022 14:15
0 Şərh     Baxış: 438
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü nəticəsində indiyədək 241 uşaq ölüb, 438 uşaq güllə və qəlpə yarası alıb.

Milli.Az report-a istinadən xəbər verir ki, məlumatı Ukraynanın Baş Prokurorluğu yayıb.

Uşaqlar daha çox Donetsk, Kiyev, Xarkov, Çerniqov, Nikolayev, Xerson, Luqansk, Zaporojye vilayətlərində, Sumı, Jitomir şəhərlərində xəsarət alıb.

Məlumata görə, Rusiyanın bombardmanları nəticəsində şəhər və kəndlərdə 1 887 təhsil müəssisəsinə ziyan dəyib, 180-ni isə tamamilə dağıdılıb.

Prokurorluqdan qeyd olunub ki, bu rəqəmlər son göstərici deyil, müvəqqəti işğal altında olan və azad edilən Ukrayna ərazilərində uşaqlarla bağlı informasiyaların toplanması davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.