Türkiyədə Çankırı-Eldivan yolundan ağır yol qəzası baş verib.
Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, avtobusun aşması nəticəsində 18 sərnişin xəsarət alıb. Onlardan 3-nün vəziyyəti ağırdır. Yaralılar xəstəxanaya yerləşdirilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları qəza ilə bağlı araşdırma aparır.
Versiyalardan birinə görə, avtobus sürücüsü idarəetməni itirib.
Milli.Az