Türkiyədə avtobus aşdı, xeyli sayda yaralı var

23 May 2022 23:03

Türkiyədə Çankırı-Eldivan yolundan ağır yol qəzası baş verib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, avtobusun aşması nəticəsində 18 sərnişin xəsarət alıb. Onlardan 3-nün vəziyyəti ağırdır. Yaralılar xəstəxanaya yerləşdirilib. 

Hüquq-mühafizə orqanlarının əməkdaşları qəza ilə bağlı araşdırma aparır.

Versiyalardan birinə görə, avtobus sürücüsü idarəetməni itirib.

Milli.Az