Ermənistanda yenə mitinqlər keçirilir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ermənistan müxalifəti "Marriott" otelinin qarşısında etiraz aksiyasını başa vurub və saat 16:30-da Fransa meydanında yeni aksiya keçirməyə hazırlaşır.
Milli.Az bildirir ki, bunu müxalifətçi deputat Anna Qriqoryan deyib.
"Sizin sayənizdə biz binaya daxil ola bildik. Hamımızın sayəsində Nikol Paşinyan ancaq dolayı yollardan keçə və yalnız bağlı qapılar arxasında müzakirələr apara biləcək", - Qriqoryan bildirib.
Öz növbəsində "Hayastan" fraksiyasından olan deputat Aram Vardevanyan bildirib ki, onları tədbirin keçirildiyi zala buraxmayıblar. O, demokratiyaya həsr olunmuş forumda müxalifətin səsinin eşidilməməsindən çaşdığını bildirib.
Xatırladaq ki, Ermənistan Demokratiya Forumu polis tərəfindən mühasirəyə alınan "Marriott" otelinin binasında baş nazir Nikol Paşinyan və ABŞ səfiri Lin Treysinin iştirakı ilə keçirilir. Müxalifətçilər siyasi məhbus hesab etdikləri həbs olunan müxalifətçilərin plakatları və fotoşəkilləri ilə binaya daxil ola biliblər. Lakin Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları onların birbaşa zala getməsinə icazə verməyiblər.
Qeyd edək ki, tədbirə media nümayəndələri buraxılmayıb: forumun təşkilatçıları onları da dəvət etməyib.
Bundan əvvəl müxalifət nümayəndələri Ermənistan dövlətinin başçısı Vaaqn Xaçaturyan və litvalı həmkarı Qitanas Nausedanın görüşünün keçirildiyi Ermənistan prezidentinin iqamətgahı yaxınlığında aksiya keçiriblər. Müxalifət hərəkatının üzvləri Baqramyan, 26 ünvanında prezident iqamətgahına daxil olan Litva prezidenti Gitanas Nausedanın kortejini "Nikol satqındır!", "Ermənistan - türksüz!", "Ermənistan - Nikolsuz!", "Ayıb!" şüarları ilə qarşılayıb.
Aslan Məmmədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bu yay Duzlu gölə və palçıq vannalarına gedənlərə XƏBƏRDARLIQ
-
Çində güclü zəlzələlər oldu
-
Prezident İlham Əliyev Əymən Əs-Safadini qəbul edib - (Foto)
-
Bakıda pullu çimərliklər bahalaşıb? - Ən son qiymətlər
-
"Real"dan göndərilən Arbeloanın yeni işi
-
Sabah bəzi ərazilər qazsız qalacaq
-
Günəşdə güclü partlayış oldu
-
"Arka sokaklar" serialı ilə bağlı yeni xəbər
-
Tramp Türkiyədə İranla bağlı göstəriş verdi
-
KİV: ABŞ İranda qızlar məktəbinə zərbə endirdiyini təsdiqlədi
-
Azərbaycanda avro ucuzlaşdı
-
Bu şəxslərə sığorta ödəniləcək
-
UEFA Konfrans Liqası: "Zirə" "Torpedo Kutaisi"yə qarşı
-
Balakən və Zaqatalanı sel apardı
-
Dərnəgül yolunda ağır qəza: Sürücü öldü - (Foto)
-
Türkiyəyə Makronsuz gəldi - (Foto)
-
“Qarabağ” yeni formalarını təqdim etdi - (Foto)
-
İradə İbrahimova: "3 mərtəbəli evdə yaşayırıq, qocalanda balaca evə köçəcəyik" - (Video)
-
Şüvəlanda dənizdən gəncin meyiti tapıldı
-
Bəzi ərazilərdə işıq olmayacaq
-
ABŞ İranı bombaladı: 80-dən çox hədəf vuruldu
-
Xameneinin cənazəsi İraqa gətirildi
-
Gəncədə 22 yaşlı qızın meyiti tapıldı
-
Suqovuşanda işçiləri daşıyan mikroavtobus aşdı - Yaralılar var





