KİV: ABŞ İranda qızlar məktəbinə zərbə endirdiyini təsdiqlədi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ hərbi rəhbərliyinin fevral ayında İran ərazisində həyata keçirilən hava zərbələri zamanı köhnəlmiş kəşfiyyat məlumatlarından istifadə edilməsinə dair xəbərdarlıqlara baxmayaraq əməliyyatı təsdiqlədiyi iddia olunur.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, CNN telekanalının mənbələrə istinadən yaydığı məlumata görə, hədəflər siyahısında Minab şəhərində yerləşən qızlar məktəbi də olub. Bildirilir ki, planlaşdırma sistemində istifadə olunan kəşfiyyat məlumatlarının təxminən 10 il əvvəl toplandığını və yenidən yoxlanılmalı olduğunu göstərən xəbərdarlıqlar mövcud olub. Buna baxmayaraq, həmin obyektlərin əməliyyat planında saxlanıldığı qeyd edilir.
Mənbələrin sözlərinə görə, ABŞ hərbçiləri məktəbə endirilən zərbədən bir neçə gün sonra hadisənin səbəblərini müəyyən etsələr də, aparılan araşdırmanın nəticələri hələ ictimaiyyətə açıqlanmayıb.
Xatırladaq ki, fevralın 28-də İran rəsmiləri ABŞ və İsraili Minab şəhərində yerləşən qızlar üçün ibtidai məktəbə zərbə endirməkdə ittiham etmişdilər. Onların məlumatına əsasən, hücum nəticəsində 168-i məktəbli olmaqla ümumilikdə 175 nəfər həlak olub, daha 95 nəfər yaralanıb.
Bundan sonra ABŞ Prezidenti Donald Tramp hadisəyə görə heç bir sübut təqdim etmədən İran silahlı qüvvələrini məsuliyyət daşımaqda günahlandırmışdı. Sonradan isə zərbə endirilən ərazidə aşkar olunan raket qalıqlarının Amerika istehsalı olan hərbi sursatlara məxsus olduğu barədə məlumat yayılmışdı.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Azərbaycanda yanğınsöndürənlərin dünya çempionatı keçiriləcək
-
Qətər tankerinə Fars körfəzində hücum edildi
-
Bakıda yanğın hadisəsini işıqlandıran APA TV əməkdaşına hücum edilib - (Yenilənib/Video)
-
Ayın 2-də yağış yağacaq, qara keçəcək - Proqnoz
-
Sürücünün sükan arxasında yuxulaması qəza ilə nəticələndi
-
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
-
Məşhur musiqiçi vəfat etdi
-
Ebola virusu yayılan ölkələrin sayı artır
-
Bolqarıstanda prezident seçkiləri davam edir
-
"El-Klasiko" zamanı evi qarət edildi
-
Rusiyanın itkiləri yeniləndi
-
ABŞ-da stadionda atışma oldu
-
Lara Aslan yeni seriala çəkilir
-
Bakıda ət kombinatının ərazisində yanğın oldu
-
Yaşa, Xəzər! Dənizin dərinliklərindən art-dizayna və qarakürüyə qədər – Fly to Baku. Art Weekend - (Foto)
-
Şəkidə avtomobil dərəyə aşdı - Ölən və yaralananlar var
-
“Şamaxı” “Neftçi”ni, “Kəpəz” “İmişli”ni qəbul edir
-
Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi
-
Göygöldə ağır qəza - Yaralananlar var
-
Tramp Zelenskini G20 sammitinə dəvət edəcək
-
Klassik duş kabinləri tarixə qovuşur: Hamamlarda yeni nəsil təmizlik və dizayn dövrü
-
Paket çaylarda mikroplastik təhlükəsi: Tək bir fincana 2500 hissəcik keçir
-
2026-cı ilin payızının 11 dəbli qısa saç kəsimi
-
Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır





