Dünya

ABŞ İranı bombaladı: 80-dən çox hədəf vuruldu

8 İyul 2026 09:23
Baxış: 555
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

ABŞ Silahlı Qüvvələri iyulun 8-nə keçən gecə İrana qarşı yeni silsilə hava zərbələri endirib.

Milli.Az APA-ya istinadən bildirir ki,  bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.

Əməliyyat İranın iyulun 7-də Hörmüz boğazından keçən üç ticarət gəmisinə hücumuna cavab olaraq həyata keçirilib.

Məlumata görə, ABŞ qüvvələri yüksək dəqiqlikli silahlardan istifadə etməklə İran ərazisində 80-dən çox hədəfi vurub.

Zərbələr İranın hava hücumundan müdafiə sistemlərinə, komanda-idarəetmə şəbəkələrinə, sahil radar stansiyalarına, gəmi əleyhinə raket komplekslərinə, eləcə də İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 600-dən çox sürətli katerinə endirilib.

CENTCOM bildirib ki, əməliyyatın məqsədi İranın beynəlxalq dəniz ticarətinə qarşı hücumlar həyata keçirmək imkanlarını zəiflətməkdir.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.