Tələbə və şagirdlərə də sığorta ödəniləcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli Məclisin plenar iclasında "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Qanuna təklif edilən dəyişikliklər birinci oxunuşda müzakirə edilərək qəbul olundu.
Milli.Az xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, yeni dəyişikliklər beynəlxalq praktikaya əsaslanmaqla bir sıra mütərəqqi müddəaların qanunvericiliyə gətirilməsini təmin edəcək.
Könüllü kimi fəaliyyət göstərən tələbə və şagirdlərə də sığorta ödəniləcək
Deputatın sözlərinə görə, hazırda qüvvədə olan Qanuna əsasən, könüllü fəaliyyətin iştirakçısı olan könüllülərin də istehsalatda bədbəxt hadisələrdən icbari sığortalanması nəzərdə tutulsa da, onlara münasibətdə sığorta haqqının ödənilməsi mexanizmi müəyyən edilməmişdir:
"Belə ki, xüsusən də tələbələr təcrübə keçən zaman sığorta hadisəsi baş verdiyi halda onlara sığortanın ödənilməsi mümkün olmur. Bu baxımdan qanunvericilikdə yeni dəyişikliklərə ehtiyac var idi. Qanuna əlavə edilməsi təklif olunan dəyişikliklər könüllülərə sığorta haqqı onlarla bağlanmış müqavilənin qüvvəyə mindiyi, istehsalat təcrübəsi keçən tələbə və şagirdlərə isə istehsalat təcrübəsinin başladığı tarixdən 15 iş günü müddətində ödəniləcək. Beləliklə, dəyişikliklər qəbul olunandan sonra sığorta hadisəsi baş verdikdə könüllülərə də ödəniş həyata keçiriləcək".
Əlilliyi olmayanlara da sığorta ödəniləcək
V.Bayramv qeyd edib ki, digər mühüm dəyişiklik sığorta hadisəsi zamanı əlillik dərəcəsi deyil, peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin nəzərə alınmasıdır:
"Belə ki, mövcud qaydalara əsasən, orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Amma bir sıra hallarda istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində orqanizmin funksiyalarının 30 faizədək pozulması halları baş verirdi və əlillik dərəcəsi ala bilmədiyi üçün həmin vətəndaşlarımıza sığorta ödənişi edilmirdi. Nəticədə, həmin vətəndaşlarımız sığorta ödənişindən faydalana bilmirdi".
Millət vəkili onu da vurğulayıb ki, hazırda qüvvədə olan Qanuna əsasən peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi sığorta olunanın sığorta hadisəsi baş verənədək malik olduğu peşə əmək qabiliyyətinin davamlı itirilməsinin faizlə ifadəsidir. Bu baxımdan dəyişikliyə əsasən sığorta hadisəsinə görə sığorta ödənişinin verilməsinin vahid meyar üzrə dəyərləndirilməsi məqsədilə birdəfəlik sığorta ödənişinin də sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığortaolunanın əlilliyinin müəyyən edilməsi ilə deyil, peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi ilə əlaqələndiriləcək:
"Yəni, birdəfəlik sığorta ödənişi sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığortaolunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi növbəti müayinə müddəti göstərilmədən müəyyən edildikdə həyata keçiriləcəkdir. Peşə əmək qabiliyyətinin itirilməsi özündə eyni zamanda əlilliyin müəyyən edilməsi, yəni orqanizm funksiyalarının itirilməsini də ehtiva edir.
Göründüyü kimi, Qanuna təklif edilən dəyişikliklər sığortaya əlçatanlığı artırmaqla yanaşı əhatə dairəsinin də genişlənməsinə səbəb olacaq".
Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
“Hesab gələndə hər yeməyin qiyməti 2 dəfə baha idi” - (Video)
-
Biləsuvarda ağır qəzanın səbəbi arılar olub
-
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi Romada fotofaktlarla nümayiş etdirilib
-
Meteohəssas insanların diqqətinə
-
Bəzi rayonlarda yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Belarus Milli Kitabxanasının binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
XƏBƏR LENTİ
-
Cibinizdən ödəməyə tələsməyin – Yoldakı çuxur qəzaya səbəb olarsa, hüquqlarınız hansılardır? - (Video)
-
Göldə çimərkən qızıl külçəsi tapdı: 6 ay sonra sərvət onun oldu
-
Bu həftə üç bürc üçün göydən pul yağacaq
-
D vitaminini hansı qidadan almaq olar?
-
Ət yemək 100 yaşa qədər yaşamaq şansınızı artıra bilər
-
Adambaşına menyu qiymətinə aldanmayın – Şadlıq saraylarında xərc artıran gizli detallar - (Video)
-
Bürclər ilk görüşdə özlərini necə aparır?
-
“Hər həftə bir ev alırdım“ - Mehmet Ali Erbil
-
Zibilə atmadan əvvəl iki dəfə düşünün - üzüm saplağındakı xəzinə
-
“Yalı çapkını”nın aktrisası Bakıda toyda - (Foto)
-
“Hesab gələndə hər yeməyin qiyməti 2 dəfə baha idi” - (Video)
-
Günün qoroskopu: Sənədləşmə işlərində ehtiyatlı olun
-
İsraildən uçan təyyarədə bomba həyəcanı - təcili eniş etdi
-
Arda Gülerdən möhtəşəm qol - (Video)
-
“Mercan Köşk” bu səbəbdən final etdi
-
Tramp İsrail xalqına müraciət etdi
-
Nizami rayonunda 2 gün su olmayacaq
-
Badamdar-"20-ci sahə" yolunda quraşdırılan nişan sürücülərdə narazılıq yaratdı - (Video)
-
Almaniyada İran agentlərinin ifşası: Azərbaycan himni altında növbəti təxribat - (Video)
-
Çempionlar Liqası matçını buraxacaqlar
-
Türkiyədə konsert faciəsi - Ölənlər var
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
-
“Belə atmosferdə oynamaq çətindir” - Rəşad Sadıqov
-
Azərbaycan gimnastları Dünya kuboku seriyalarının qalibi olublar - (Foto)





