Hadisə

Narkotik tərkibli dərmana görə yanğın törətdi - (Foto)

7 İyul 2026 22:39
Baxış: 306
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Gəncədə poliklinikada insident baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, təyin olunan dozadan artıq narkotik tərkibli dərman tələb edən vətəndaş qadın həkimlə mübahisə edib.

Daha sonra həmin şəxs üzərində gətirdiyi tezalışan mayedən istifadə edərək poliklinika şöbəsində yanğın törətməyə cəhd göstərib.

Gəncə Şəhər Birləşmiş Xəstəxanasından bildirilib ki, hadisə 7 iyul saat 12:50 radələrində Akademik Zülfüqar Məmmədov adına Xəstəxananın Poliklinika şöbəsində qeydə alınıb.

Məlumata görə, vətəndaş nevroloqla mübahisə etdikdən sonra yanğın törətməyə cəhd edib.

Hadisənin qarşısı vaxtında alınıb, xəsarət alan olmayıb.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.