İdman

“Sabah”ın potensial rəqiblərinin oyununda “Vardar” qalib gəldi

7 İyul 2026 23:35
Baxış: 325
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Finlandiya təmsilçisi KuPS səfərdə Şimali Makedoniyanın "Vardar" klubu ilə qarşılaşıb.

Milli.Az xəbər verir ki, Finlandiya komandası 2:0 hesabı ilə qalib gəlib. Qolları 45-ci dəqiqədə Magassa, 49-cu dəqiqədə isə Arma vurub. "Vardar"ın futbolçusu Bosançiç 75-ci dəqiqədə qırmızı vərəqə alıb.

Beləliklə, KuPS evdəki cavab oyunu öncəsi üstünlük əldə edib. Cavab matçı iyulun 14-də keçiriləcək.

Qeyd edək ki, "Sabah" TNS səddini aşacağı halda, məhz "Vardar" - KuPS cütünün qalibi ilə üz-üzə gələcək. (qol.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.