Özbəkistan ölkəmizdə avtomobil istehsalına başlayır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Özbəkistan Azərbaycanda tam istehsal dövriyyəsinə malik avtomobil zavodunun tikintisinə başlayır.
Milli.Az xəbər verir ki, bu barədə Report-a müsahibəsində Özbəkistanın investisiya, sənaye və ticarət nazirinin müavini Xurram Teşabayev bildirib.
Ümumi dəyəri 84,3 milyon ABŞ dolları olan bu layihə "Azermash CP" və "Uzavtosanoat" SC şirkətləri tərəfindən həyata keçirilir.
"Artıq əsas hazırlıq işləri başa çatdırılıb: təchizatçılar müəyyən edilib, texnoloji avadanlıqların və istehsal xətlərinin sifarişi verilib", - o deyib və əlavə edib ki, yeni istehsal kompleksində, xüsusən də, "Chevrolet Cobalt" modelinin istehsalı təşkil olunacaq.
X. Teşabayev qeyd edib ki, müəssisənin 2027-ci ilin ortalarında istismara verilməsi planlaşdırılır. Bundan sonra istehsal iriqovşaqlı yığımdan tam sənaye dövriyyəsinə keçəcək, bu da istehsal həcmini əhəmiyyətli dərəcədə artırmağa və avtomobil çeşidlərinin genişləndirməyə imkan verəcək.
Onun sözlərinə görə, Hacıqabuldakı avtomobil istehsalı layihəsi Özbəkistan və Azərbaycan arasında sənaye kooperasiyasının ən uğurlu nümunələrindən biridir:
"2022-ci ildə "Chevrolet" avtomobillərinin və "Isuzu" avtobuslarının iriqovşaqlı yığımına başlanılması bu əməkdaşlığın yüksək potensialını təsdiqləyib və layihənin gələcək inkişafı üçün möhkəm zəmin yaradıb.
Hazırda layihənin növbəti mərhələsinə - tam istehsal dövriyyəsinə malik zavodun tikintisinə start verilir. İkinci mərhələnin əsas vəzifələrindən biri istehsalın lokallaşdırma səviyyəsinin mərhələli şəkildə artırılmasıdır. Azərbaycanda istehsal olunan komponentlərin istifadəsinin genişləndirilməsi, yerli təchizatçılar şəbəkəsinin yaradılması və daha mürəkkəb texnoloji proseslərin mənimsənilməsi nəzərdə tutulur. Bu, ölkə daxilində yaradılan əlavə dəyərin artırılmasına, əlaqəli sənaye sahələrinin inkişafına və müasir avtomobil istehsalı ekosisteminin formalaşdırılmasına töhfə verəcək".
Qeyd edək ki, bu günədək Hacıqabulda fəaliyyət göstərən müəssisədə 9 mindən çox avtomobil yığılıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Özbəkistan ölkəmizdə avtomobil istehsalına başlayır
-
Prezident İlham Əliyev ötənilki dövlət büdcəsini təsdiq edib
-
Ət ucuzlaşacaq? - Açıqlama
-
Pulunu dəyişdirmək istəyənlərin diqqətinə
-
Neslihan Atagül: "Kadir oğlumuza baxır, konsertə tək gəldim" - (Video)
-
Media nümayəndələri "Şəhərdən Kəndə" layihəsinin iştirakçıları ilə görüşdü - (Fotolar)
XƏBƏR LENTİ
-
Messi antirekorda imza atıb
-
24 yaşlı gənc Mingəçevirdə su anbarında boğulub
-
Lənkəranda illərdir həllini tapmayan yol problemi: Taksi belə gəlmir
-
Gəncədə yataqxanada baş verən yanğın söndürülüb
-
Emil Bədəlov xeyli çəki itirdi - tanımaq olmur (Video)
-
Sabah Bakının 4 rayonunda qaz kəsiləcək
-
"Şamaxinka"da avtomobil yandı - sıxlıq yarandı - (Foto)
-
Özbəkistan ölkəmizdə avtomobil istehsalına başlayır
-
Qaqik Tsarukyan həbs edildi
-
Argentina - Misir: Heyətlər
-
Liftdə zorakılığa məruz qalan azyaşlının anası danışdı
-
Fuad Nəbiyevə vəzifə verildi
-
Dilan Yeşilgöz 42 il sonra Ankaraya nazir kimi qayıtdı (Foto)
-
“Sabah” - TNS matçının heyətləri açıqlandı
-
Avtomobildəki kənar səslər hansı nasazlıqlardan xəbər verir?
-
Tramp Türkiyəyə "F-35" verilməsi ilə bağlı: Bu barədə mütləq qərar veriləcək
-
Ermənistan vətəndaşlarının məhkəməsi davam etdirilib (Foto)
-
DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub (Foto/Video)
-
İyulun 7–8-də Günəş aktivliyi artacaq
-
Təsadüfən əsas heyətə düşdü - DÇ-nin taleyini dəyişdi
-
Ceyhun Bayramov ABŞ senatoru ilə görüşüb (Foto)
-
Aktyor Elxan Yunusn oğlu əsgər getdi (Foto)
-
Yeddi ölkədən istedadları bir araya gətirəcək Beynəlxalq Çoxjanrlı İncəsənət Müsabiqəsi keçiriləcək
-
Rutte: "250 milyard dollar var, amma xərcləyə bilmirik"





