Dilan Yeşilgöz 42 il sonra Ankaraya nazir kimi qayıtdı (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Niderlandın yeni baş nazirinin müavini və müdafiə naziri Dilan Yeşilgöz 42 ildən sonra doğulduğu Ankaraya rəsmi səfər edib.
Milli.Az xəbər verir ki, NATO Dövlət və Hökumət Başçıları Zirvə Toplantısında iştirak etmək üçün Türkiyəyə gələn Yeşilgöz Niderlandın baş naziri ilə birlikdə Ankaraya gəlib.
1977-ci ildə Ankarada anadan olan Dilan Yeşilgöz 7 yaşında ailəsi ilə birlikdə Hollandiyaya köçüb. Uzun illər bu ölkədə siyasi fəaliyyət göstərən Yeşilgöz əvvəlcə ədliyyə və təhlükəsizlik naziri, daha sonra isə hakim VVD partiyasının lideri olub.
Niderlandıda aylarla davam edən koalisiya danışıqlarından sonra formalaşan yeni hökumətdə Yeşilgöz Baş nazirin müavini və müdafiə naziri vəzifəsinə təyin edilib.
Yeni vəzifəsində o, Niderlandın müdafiə strategiyası, NATO qarşısındakı öhdəlikləri, Avropa təhlükəsizlik siyasəti və Ukraynaya hərbi dəstək proqramları üzrə əsas məsul şəxslərdən biri olacaq.
NATO Zirvəsi çərçivəsində Ankaraya gəlməzdən əvvəl Dilan Yeşilgöz sosial media hesabında paylaşım edərək səfərlə bağlı fikirlərini bölüşüb.
"Yüksək səviyyəli NATO görüşü üçün Ankaradayam. Təhlükəsizlik və iqtisadiyyat bir-biri ilə sıx bağlıdır. Müdafiəmizə milyardlarla avro sərmayə qoyur, müttəfiqlərimizlə əməkdaşlığı gücləndiririk. Bununla həm Hollandiyanı daha təhlükəsiz edir, həm də iqtisadiyyatımızı gücləndiririk", - deyə o bildirib.
Beləliklə, 7 yaşında tərk etdiyi doğma şəhərə 42 il sonra bu dəfə Niderlandın baş nazirinin müavini və müdafiə naziri kimi qayıdan Dilan Yeşilgöz NATO Zirvəsinin diqqət çəkən simalarından birinə çevrilib. (Musavat.com)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Azərbaycan beynəlxalq axtarışa verilən şəxsləri Özbəkistana təhvil verib
-
Konor Makqreqor UFC-yə qayıdır
-
“Samsunspor”un keçmiş futbolçusu "Şəfa"da!
-
Ajda Pekkan NATO liderlərinin həyat yoldaşları üçün oxudu - (Video)
-
Hava pisləşəcək: İntensiv yağış, sel keçəcək
-
Abdullah Zubir 300-cü qolunu vurub
-
Bakıda partlayışda yaralanan ər-arvad xəstəxanada öldülər
-
Azərbaycanda fəxri adlara görə təqaüd alanların sayı açıqlandı
-
“Qarabağın daş yaddaşı” fotomüsabiqəsi elan olunur
-
Netanyahunun oğlu adını dəyişdi
-
Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - (Video)
-
İcbari tibbi sığortanın tətbiqi ilə bağlı yenilik
-
Mirzə Mirimli vəfat etdi
-
Bakıda 6 marşrutun hərəkət istiqaməti dəyişdirilib
-
FHN-dən əhaliyə müraciət
-
"Araz-Naxçıvan"ın futbolçusu əməliyyat olundu
-
Şahin Növrəslinin çoxdan gözlənilən konserti keçirildi - (Foto)
-
Ərdoğanın Peterə hədiyyə etdiyi həmin tapança - FOTO
-
Bayram Səfərovun bacısı Şuşa Müalicə-Sağlamlıq Mərkəzinə baş direktor təyin olundu - (Foto)
-
Azərbaycanlı gəmi kapitanı Litvada vəfat etdi
-
Vüsalə efirdə göz yaşı tökdü - (Video)
-
Türkiyədə 22 yaşlı tələbə faciəvi şəkildə öldü - Qəzanın (Videosu)
-
Bakıda yayıldığı iddia olunan qulaqdibi xəstəliyi ilə bağlı rəsmi açıqlama
-
Mbappedən dünya çempionatında yeni rekord





