Bakıda pullu çimərliklər bahalaşıb? - Ən son qiymətlər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda yay mövsümünün qızğın vaxtında çimərliklərə üz tutanların sayı artır. İstirahət planı quranlar üçün pullu çimərliklərdə tətbiq olunan giriş və xidmət haqları da maraq doğurur.
Milli.Az-ın araşdırmasına görə, bəzi çimərliklərə giriş ödənişsiz olsa da, stol, çətir, şezlonq və digər xidmətlər ayrıca ödənişlidir. Digər məkanlarda isə giriş haqqına hovuz, dəsmal və şezlonq kimi xidmətlər daxildir.
Hazırda bəzi çimərliklərin iyul ayı üçün qiymətləri aşağıdakılardır:
"Dream Beach" - Giriş pulsuzdur. Stol və stullar həftəiçi 20 manat, həftəsonu isə 30 manatdır. Digər paketdə 4-6 nəfərlik stol, stul və çətirlər 15 manat, besedkalar isə 20 manatdır.
"Locca Beach" - Həftəiçi bir nəfər üçün giriş 10 manat, həftəsonu və bayram günləri 15 manatdır. 0-10 yaş arası uşaqlar üçün giriş ödənişsizdir.
"Golden Beach" - Giriş 10 manatdır. Qiymətə dəsmal və şezlonq daxildir.
"Mambo Beach" - Həftəiçi giriş 25 manat, həftəsonu isə 30 manatdır. Qiymətə şezlonq və hovuzdan istifadə daxildir.
"Şəbəkə" çimərliyi - Bir nəfər üçün giriş 5 manatdır. Stol və stullardan istifadə, həmçinin 6 yaşadək uşaqlar üçün giriş ödənişsizdir.
"White Beach" - Çimərlik üçün giriş həftəiçi 35 manat, həftəsonu isə 50 manatdır. Hovuzdan istifadə 40 manatdır.
"Amburan" - Həftəiçi giriş 25 manat, həftəsonu isə 35 manatdır. 9 yaşadək uşaqlar üçün giriş pulsuzdur.
"Bilgah Beach" - Həftəiçi giriş qiymətləri 25-45 manat arasında dəyişir.
"Sea Breeze" - Giriş 50 manatdır. Qiymətə hovuz və dəsmaldan istifadə daxildir.
Yay mövsümündə həftəsonu və bayram günlərində bir çox çimərlikdə qiymətlər həftəiçi tariflərlə müqayisədə daha yüksək olur. Bir sıra istirahət məkanlarında isə azyaşlı uşaqlar üçün giriş ödənişsizdir.
Milli.Az saytının baş redaktor müavini Fərid Zöhrabov
DİGƏR XƏBƏRLƏR
-
Adambaşına menyu qiymətinə aldanmayın – Şadlıq saraylarında xərc artıran gizli detallar - (Video)
-
“Hər həftə bir ev alırdım“ - Mehmet Ali Erbil
-
“Yalı çapkını”nın aktrisası Bakıda toyda - (Foto)
-
“Hesab gələndə hər yeməyin qiyməti 2 dəfə baha idi” - (Video)
-
“Mercan Köşk” bu səbəbdən final etdi
-
Nizami rayonunda 2 gün su olmayacaq
XƏBƏR LENTİ
-
Göldə çimərkən qızıl külçəsi tapdı: 6 ay sonra sərvət onun oldu
-
Bu həftə üç bürc üçün göydən pul yağacaq
-
D vitaminini hansı qidadan almaq olar?
-
Ət yemək 100 yaşa qədər yaşamaq şansınızı artıra bilər
-
Adambaşına menyu qiymətinə aldanmayın – Şadlıq saraylarında xərc artıran gizli detallar - (Video)
-
Bürclər ilk görüşdə özlərini necə aparır?
-
“Hər həftə bir ev alırdım“ - Mehmet Ali Erbil
-
Zibilə atmadan əvvəl iki dəfə düşünün - üzüm saplağındakı xəzinə
-
“Yalı çapkını”nın aktrisası Bakıda toyda - (Foto)
-
“Hesab gələndə hər yeməyin qiyməti 2 dəfə baha idi” - (Video)
-
Günün qoroskopu: Sənədləşmə işlərində ehtiyatlı olun
-
İsraildən uçan təyyarədə bomba həyəcanı - təcili eniş etdi
-
Arda Gülerdən möhtəşəm qol - (Video)
-
“Mercan Köşk” bu səbəbdən final etdi
-
Tramp İsrail xalqına müraciət etdi
-
Nizami rayonunda 2 gün su olmayacaq
-
Badamdar-"20-ci sahə" yolunda quraşdırılan nişan sürücülərdə narazılıq yaratdı - (Video)
-
Almaniyada İran agentlərinin ifşası: Azərbaycan himni altında növbəti təxribat - (Video)
-
Çempionlar Liqası matçını buraxacaqlar
-
Türkiyədə konsert faciəsi - Ölənlər var
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
-
“Belə atmosferdə oynamaq çətindir” - Rəşad Sadıqov
-
Azərbaycan gimnastları Dünya kuboku seriyalarının qalibi olublar - (Foto)
-
Biləsuvarda ağır qəzanın səbəbi arılar olub





