Prezident İlham Əliyev İordaniya Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri nazirini qəbul edib - (Foto)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 8-də İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadini qəbul edib.
Milli.Az xəbər verir ki, qonaq İordaniyanın Kralı II Abdullah ibn Al Hüseynin salamlarını və İordaniyaya dəvətini dövlətimizin başçısına çatdırdı, İordaniya Kralının Azərbaycan Prezidenti ilə şəxsi münasibətlərə çox böyük dəyər verdiyini qeyd etdi.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını İordaniyanın Kralına çatdırmağı xahiş etdi.
Azərbaycan Prezidenti də öz növbəsində İordaniya Kralını ölkəmizə səfərə dəvət etdi.
Dövlətimizin başçısı ölkəmizdə, İordaniyada və beynəlxalq tədbirlər çərçivəsində Kral II Abdullah ibn Al Hüseyn ilə görüşlərini məmnunluqla xatırladı.
Söhbət zamanı müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin və təmasların ölkələrimiz arasında münasibətlərin inkişafı baxımından mühüm rol oynadığı vurğulandı, əlaqələrimizin dostluq və qardaşlıq prinsiplərinə əsaslandığı qeyd edildi.
Siyasi, iqtisadi, energetika, bağlantılar, investisiyalar, humanitar və digər sahələrdə tərəfdaşlığın möhkəmləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi, regional məsələlər, gələcək təmaslar, hökumətlərarası komissiyanın fəaliyyətinin genişləndirilməsi və parlamentlərarası əməkdaşlığa dair fikir mübadiləsi aparıldı.
Turizm sahəsində əməkdaşlığa toxunularaq, bu xüsusda Azərbaycanla İordaniya arasında birbaşa müntəzəm aviareyslərin açılması məsələsi müzakirə olundu.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev İordaniya Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri nazirini qəbul edib - (Foto)
-
Tramp Türkiyədə İranla bağlı göstəriş verdi
-
Türkiyəyə Makronsuz gəldi - (Foto)
-
Xameneinin cənazəsi İraqa gətirildi
-
Ermənistan vətəndaşlarının məhkəməsi davam etdirilib (Foto)
-
Ceyhun Bayramov ABŞ senatoru ilə görüşüb (Foto)
XƏBƏR LENTİ
-
Nazir ona yeni vəzifə verdi
-
"Qılman" autizmli uşağı parodiya etdi, qınandı: "Utanmalısan!" - (Video)
-
DÇ-də 1/4 final cütləri: Nəhənglər mübarizəyə başlayır
-
Xoşqədəmlə Doğuş Seda Sayanın qonağı oldular - (Foto)
-
Həkəri çayında batdığı ehtimal olunan şəxsin axtarışları davam edir
-
ƏDV ilə bağlı yenilik
-
İki gün əvvəl Mərdəkanda dənizdə batan 16 yaşlı gəncin meyiti tapılıb
-
İspaniya baş nazirinin xanımını Türkiyəyə buraxmadılar
-
Bu yay Duzlu gölə və palçıq vannalarına gedənlərə XƏBƏRDARLIQ
-
Çində güclü zəlzələlər oldu
-
Prezident İlham Əliyev İordaniya Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri nazirini qəbul edib - (Foto)
-
Bakıda pullu çimərliklər bahalaşıb? - Ən son qiymətlər
-
"Real"dan göndərilən Arbeloanın yeni işi
-
Sabah bəzi ərazilər qazsız qalacaq
-
Günəşdə güclü partlayış oldu
-
"Arka sokaklar" serialı ilə bağlı yeni xəbər
-
Tramp Türkiyədə İranla bağlı göstəriş verdi
-
KİV: ABŞ İranda qızlar məktəbinə zərbə endirdiyini təsdiqlədi
-
Azərbaycanda avro ucuzlaşdı
-
Tələbə və şagirdlərə də sığorta ödəniləcək
-
UEFA Konfrans Liqası: "Zirə" "Torpedo Kutaisi"yə qarşı
-
Balakən və Zaqatalanı sel apardı
-
Dərnəgül yolunda ağır qəza: Sürücü öldü - (Foto)
-
Türkiyəyə Makronsuz gəldi - (Foto)





