Dünya

Müharibədə istifadə olunan "Z" və "V" işarələrinin mənası açıqlandı

19 May 2022 19:00
Baxış: 1 927
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Müdafiə Nazirliyi Ukraynada hərbi əməliyyatlar zamanı istifadə olunan Z və V işarələrinin mənasına aydınlıq gətirib.

Milli.Az APA-ya istinadən bildirir ki, Moskva Şəhər Dumasının kommunist partiyasından olan deputatı Yevgeni Stupin "Z" və "V" simvollarının mənasının izah edilməsi ilə bağlə Rusiya Müdafiə Nazirliyinə sorğu göndərib.

Sorğuya cavab olaraq Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini Sergey Qusev bildirilib ki, "Z" və "V" işarələri rəsmi hərbi simvol deyil və xüsusi məna daşımır.

Qeyd olunub ki, bununla belə, hal-hazırda həmin işarələr tanınır və Rusiya Federasiyasının hərbçiləri və vətəndaşları tərəfindən müsbət qarşılanır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.