Dünya

İtaliyada əhalinin yarıdan çoxuna 200 avroluq birdəfəlik yardım veriləcək

18 May 2022 21:32
0 Şərh     Baxış: 1 202
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliyada ölkə əhalisinin yarıdan çoxuna 200 avroluq birdəfəlik yardım veriləcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hökumət birdəfəlik yardımla pandemiya və artan enerji qiymətləri fonunda iqtisadi və investisiyaların cəlbi sahəsində aktivliyi artırmaq, eləcə də ev təsərrüfatlarına və kiçik bizneslərə dəstəyi nəzərdə tutur.

Təxminən 31,5 milyon nəfərə şamil olunacaq birdəfəlik yardım illik gəliri 35 min avrodan az olanlara veriləcək. İşçilər və tələbələr üçün 60 avrodan başlayan ictimai nəqliyyat vauçerləri də elektron şəkildə ödəniləcək və dekabr ayına qədər istifadə edilə bilər.

Həmçinin birdəfəlik müavinətin maliyyələşdirilməsi üçün 500 milyon avroluq xüsusi fond yaradılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.