Dünya

“Marvel”in pərəstişkarlarını “axmaq” adlandırdı

17 May 2022 04:22
0 Şərh     Baxış: 814
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rejissor Qaspar Noe "Marvel" filmlərini kəskin tənqid edib və onların tamaşaçılarını "axmaq" adlandırıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "bu, belə bir sualı vermək kimidir: Hitler nasist Almaniyasını yaratdı, yoxsa nasist Almaniyası Hitleri yaratdı? Sizcə, "Marvel" filmləri amerikalıları axmaq edir, yoxsa Amerika cəmiyyəti o qədər axmaqlaşır ki, onların zehninə uyğun filmlərə ehtiyac yaranır?" - deyə rejissor bildirib.

Qeyd edək ki, fransız mənşəli argentinalı rejissor Noe öz qalmaqallı əsərləri ilə tanınır. O, dəfələrlə aparıcı beynəlxalq film festivallarının müsabiqə proqramlarının iştirakçısı olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.