Müxalifətin Nikola qalib gələ bilməməsinin səbəbi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ermənistanda Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən silsilə aksiyaların nəticə verəcəyinə heç kəs inanmır.
Milli.Az Axar.az-a istinadən xəbər verir ki, nəinki əcnəbi politoloqlar, Ermənistan daxilində də Nikol Paşinyana qarşı ciddi müqavimətin olmadığı düşünülür.
Müxalifətin Nikol Paşinyanın öz taktikasına - yolların bloklanması və nəqliyyatın iflic edilməsinə əl atması da əbəsdir. Çünki yolları bloklamaq üçün etirazçılar kifayət qədər deyil.
Erməni politoloq Suren Surenyan bildirib ki, hazırkı aksiyalarda "inqilabi resurs" yoxdur. Ona görə də onların hakimiyyəti dəyişə biləcəyi mümkün görünmür:
"Müxalifət yalnız 1 mayda maksimum etirazçı toplaya bildi - cəmi 14 min nəfər. Aksiyanın pik vaxtı isə 4 mayda idi, həmin gün etirazçılar parlament binasına doğru yürüş etdilər. Bundan sonra ya say artmalı, ya da aksiyalar dayanmalıydı. Aksiyalar dayanmadı, say isə azaldı".
Onun fikrincə, müxalifətin iki yolu var: ya aksiyalara davam edəcək və qüvvəsini sona qədər xərcləyəcək, ya da taymaut götürəcək və daha çox tərəfdar toplamağa çalışacaq:
"Hərəkatın ən ciddi problemi lidersizlikdir. Nə ikinci, nə də üçüncü prezident buna qadir deyil. Hərəkatın liderinin elanı da ciddi problem yarada və parçalanmalara səbəb ola bilər. Əvvəla, ona görə ki, Köçəryan və Sərkisyan arasında gizli rəqabət gedir. Onlardan birinin liderliyi elan edilərsə, hərəkat parçalanacaq. İkincisi, hər iki prezidentin ictimaiyyət arasında olduqca pis reytinqi var. Cəmiyyət onların ətrafında birləşməyəcək və Fransa meydanında say heç vaxt artmayacaq".
Surenyan xatırladıb ki, 1 mayda, hərəkatın ən aktiv vaxtında Sərkisyan və Köçəryan yox idi. Lidersizlik isə hərəkatı məqsədsiz edir. Xalq bilməlidir ki, Paşinyanı yola salsa, yerinə kim gələcək. Sərkisyan və Köçəryanı qəti istəmir. Bəs kim?
Ekspert onu da xatırladıb ki, bazası əsasən daşnaklardan formalaşan Köçəryan və komandası daha aqressivdir və polislə qarşıdurmaya meyillidir, vaxtaşırı toqquşmalar yaradırlar, Sərkisyan və Artur Vanetsyan tərəfdarları isə onlardan fərqlidir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Deputat Sevil Mikayılova Aruşada IPU-nun İcraiyyə Komitəsinin iclasında iştirak edib - (Foto)
-
“Yaprak dökümü”nün Hayriyesinin son halı - (Foto)
-
Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır
-
General Nizami Məmmədov haqda yekun qərar verildi
-
Bakıda məktəbli qətlə yetirilib, sinif yoldaşı tutulub
-
Lətif Kərimovun 120 illik yubileyi Vyanada “Azərxalça” ASC-nin xüsusi xalça sərgisi ilə qeyd olunub - (Foto)
-
“Numizmatik irsdə təbiət izləri: Orta əsr sikkələrində fauna təsvirləri” adlı mühazirə keçirilib - (Foto)
-
Sabah leysan olacaq, çaylardan sel keçəcək
-
Yağışlar bu yolu bağladı - 8 kəndə gediş-gəliş çətinləşdi
-
Bakıda iti binadan atan şəxs həbs edildi
-
Tofiq Əliyev Böyük Britaniyada iki qızıl medal qazanıb - (Foto)
-
Rusiya Xarkovu vurdu
-
Polis yük maşınını saxladı, içərisindən qadın meyitləri çıxdı
-
Zehra Güneş: "Neymar yazdı ki, sevgilim yoxdur, türk yeməklərini sevirəm”
-
Millət Vəkili Sevil Mikayılova IPU-nun 153-cü Assambleyasında məruzə ilə çıxış edib - (Video/Foto)
-
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - (Foto)
-
Əməkdar artistin oğlunun ifası gündəm oldu - (Video)
-
Bakıda kanat yolları harada qurula bilər? - Ekspertlər açıqladı
-
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdirilib
-
Bakıda avtobus aşdı - (Video)
-
Astma, bronxit, pnevmoniya: Fərqləri nələrdir?
-
Milli İncəsənət Muzeyində Əli bəy Hüseynzadənin həyat vəyaradıcılığına həsr olunmuş xüsusi proqram keçirilib - (Foto)
-
Rusiyada taun xəstəliyi yayılır? - Xəstəxanalar karantinə bağlandı
-
Magistraturaya qəbul olan bu tələbələr pulsuz təhsil alacaqlar





