Dünya

Donbasda ağır döyüşlər: Rusiya itki verdi

15 May 2022 14:07
0 Şərh     Baxış: 1 005
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Donbasda ukraynalı hərbçilər düşmənin 12 hücumunun qarşısını alıb. Hazırda 6 məntəqədə isə döyüşlər gedir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Birləşmiş Qüvvələr Qruplaşması məlumat yayıb.

Hazırda vəziyyətin çətin olduğu qeyd edilib:

"Düşmən aviasiyadan, reaktiv yaylım atəş sistemindən, böyük ölçülü aviasiya raketlərindən, minaatanlardan istifadə edir, mülki struktura raket zərbələri endirir.

İndiyə qədərki döyüşlərdə düşmənin 8 tankı, 5 artilleriya sistemi, 9 zirehli texnikası, 5 hərbi maşını məhv edilib. Bundan başqa, Donbasda düşmənin 6 ədəd "Orlon-10" və bir ədəd "Eleron" PUA-sı vurulub".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.